25 May 2020, 12:10
FUTBOL
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 84 ölkənin çempionatında klublar və baş məşqçilərlə bağlı araşdırma aparıb. Matc.az xəbər verir ki, 2015 -19-cu illəri əhatə edən araşdırmada ən çox və ən az baş məşqçi dəyişikliyi edən klubların reytinqi açıqlanıb.
Siyahıdakı 766 komandadan yalnız 30-u son 5 ildə cəmi 1 mütəxəssisə güvənib. Onların arasında "Qarabağ" da var. Qurban Qurbanov rekordçular arasında oyun sayına görə 12-ci yerdə qərarlaşıb.
Azərbaycan klubları arasında ən yaxşı 2-ci göstərici "Qəbələ" və "Sumqayıt"a məxsusdur. Hər iki komanda qeyd olunan müddətdə 4 baş məşqçinin xidmətindən yararlanıb.
3-cü sırada "Keşlə" (6), 4-cü pillədə isə "Neftçi" (8) yer alıb.