Serbiya Futbol Birliyinin (FSS) prezidenti Slavişa Kokeza koronavirusa qalib gəlib.
 
Matc.az xəbər verir ki, 43 yaşlı futbol funksionerindən martın 13-də götürülən testin nəticəsi müsbət nəticə vermişdi.
 
FSS-in həkimlər komissiyasının rəhbəri Milko Ristiç bu gün yerli mətbuata açıqlamasında federasiya prezidentinin artıq tam sağaldığını bildirib:
 
"Slavişa Kokeza sağalıb. O, özünü yaxşı hiss edir və yaxın günlərdə evə buraxılacaq".
 
Qeyd edək ki, Slavişa Kokeza 2016-cı ildən Serbiya Futbol Birliyinin prezidentidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest