Premyer Liqa rəhbərliyi koronavirusun yayılması səbəbindən təxirə salınmış oyunları azarkeşsiz keçirə bilər. Matc.az xəbər verir ki, bu barədə "The İndependent" nəşri məlumat yayıb.

Bildirilir ki, qrum rəsmiləri görüşlərin azarkeşsiz oynanmasını istəməsədə də, maliyyə şərtləri onları belə bir qərar verməyə məcbur edə bilər. Belə ki, əgər mövsüm təxirə salınsa, Premyer Liqa rəhbərliyi çempionatın yayım hüququna sahib telekanala 762 milyon funt sterlinq qaytarmalı olacaq.

Bununla yanaşı, oyunları keçirilməklə insanların evdə oturmasına və normal həyatın bərpa olunacağına ehtimal olunur.

Qeyd edək ki, Premyer Liqa martın 13-dən aprelin 4-dək təxirə salınsa da, fasilə ayın 30-na qədər uzadıldı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest