Belarus millisinin baş məşqçisi Mixail Marxel UEFA Millətlər Liqasının 2020-21 mövsümünün püşkatmasını dəyərləndirib. Matc.az xəbər verir ki, o, Azərbaycan yığması ilə qarşılaşmadıqları üçün sevindiyini bildirib:

“Açığı, püşkün nəticəsindən nə razı, nə də narazıyam. Hər şeyi olduğu kimi qəbul edirəm. Hansı rəqiblə oynayacağımızın fərqi yoxdur. Azərbaycanla eyni qrupda yer almaq istəmirdim. Çünki onlara qarşı səfərdə oynamaq çox çətindir”.

Qeyd edək ki, Azərbaycan millisi Kipr, Monteneqro və Lüksemburqla C liqasının 1-ci qrupunda mübarizə aparacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest