“Tottenhem”in yeni transferi Stiven Berqveyn sürücülük hüququndan məhrum edilə bilər. Matc.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.
 
Fevralın 20-də Berqveynin məhkəməsi olub. Ancaq nə Berveyn, nə də onun vəkili məhkəmədə iştirak edib.
 
Hadisə ötən ilin avqustunun 9-da olub. Berqveyn Niderlandın Eyndhoven şəhərində sürət həddi 70 mk/saat olan yolda 146 km/saat sürətlə hərəkət edib. Məhkəməyə gəlməyən futbolçu sürücülük hüququnu itirə bilər.
 
Berqveyn qış transfer pəncərəsi dövründə PSV-dən “Tottenhem”ə keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest