İngiltərənin “Vulverhempton” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Renat Dadaşov yeni sponsorluq müqaviləsi imzalayıb.
 
Matc.az xəbər verir ki, bu barədə 21 yaşlı futbolçu “instagram” hesabında məlumat yayıb.
 
Dadaşov “Adidas” şirkəti ilə müqavilə imzalayıb. Sözləşmənin müddəti 3 ildi.
 
Renat Dadaşov “Vulverhempton”un U-23 komandasında çıxış edir. Hücumçunun sabah əsas komandanın heyətində “Espanyol”la Avroliqa matçında debüt edəcəyi gözlənilir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest