“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb. Matc.az xəbər verir ki, paytaxt klubu George Antonla anlaşıb. 27 yaşlı moldovalı yarımmüdafiəçi ilə növbəti mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Moldova millisinin üzvü olan futbolçu daha əvvəl ölkəsinin “Zimbru” və “Şerif” klublarının da şərəfini qoruyub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest