Premyer Liqanın 22-ci turunda səfərdə "Tottenhem"i məğlub edən "Liverpul" rekord nəticə əldə edib. Matc.az xəbər verir ki, "qırmızılar" bu qələbə ilə "böyük beşlik"də  21 oyundan sonra ən çox xal toplayan komanda olub.

38 oyundur məğlub olmayan mersisaydırlar hazırda 61 xalla turnir cədvəlinə başçılıq edirlər.

Qeyd edək ki, "Liverpul" "Tottenhem" qələbəsinin ardından ikinci pillədə qərarlaşan "Lester"lə xal fərqini 16-ya çatdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest