"çiyinlərimizdəki məsuliyyətin ağırlığını dərk edirik. Avropa çempionatına vəsiqə qazanmağın mümkün olduğunu başa düşürük". Matc.az saytının məlumatına görə, bunu Macarıstan yığmasının futbolçusu Adam Nad deyib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan macarlar son oyunlarını bu gün Uelsə qarşı keçirəcək. Yerli mətbuata açıqlamasında qarşılaşmanı dəyərləndirən Nad Kardiffdən qələbə ilə ayrılmaq arzusunda olduqlarını bildirib.

24 yaşlı yarımmüdafiəçi hər şeyin öz əllərində olduğunu söyləyib: "İkinci bir variantın olduğunu düşünmək istəmirik. Bir növ əminlik var, amma bu barədə danışmırıq. 70 min adamın qarşısında oynamağın nə demək olduğunu bildiyimiz üçün əlavə motivasiyaya ehtiyac duymuruq. Digər oyunun - Slovakiya - Azərbaycan matçının nəticəsi bizi narahat etmir. çünki özümüz taleyimizi həll edə bilərik".

Qeyd edək ki, Uels - Macarıstan qarşılaşmasının qalibi final mərhələsinə vəsiqə qazanacaq. Bərabərlik isə millimizi qəbul edəcək Slovakiyanın xeyrinə işləyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest