Ukrayna Premyer Liqasında XV tura start verilib. Matç.az saytının məlumatına görə, bu gün 4 oyun keçirilib.

Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" səfər görüşünə çıxıb. Komanda Kiyevdə "Arsenal"ın qonağı olub. "Aleksandriya"nın autsayder üzərində 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanı Paşayev ehtiyat oyunçular skamyasından izləyib.

Bu qalibiyyət sayəsində Kiyev "Dinamo"sunu turnir cədvəlində qabaqlayan "Aleksandriya" 30 xalla turnir cədvəlində ən azı bir günlük də olsa ikinci pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest