"Feyenoord"un yeni baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, Erediviziya təmsilçisinin "sükan"ı Dik Advokata tapşırılacaq.

Bu barədə Hollandiya mətbuatı məlumat yayıb. Xəbərdə 72 yaşlı mütəxəssisin mövsümün sonuna qədər "Feyenoord"a rəhbərlik edəcəyi bildirilir. "Feyenoord" bu mövsümün əvvəlində də baş məşqçilik üçün Advokata təklif göndərmiş, ancaq rədd cavabı almışdı.

"Feyenoord"da bir müddət əvvəl baş məşqçi Yap Stam istefa vermişdi.

Qeyd edək ki, məşqçi karyerası ərzində PSV, "Zenit", "Fənərbaxça", Mönhenqladbax "Borussiya"sı kimi klublarda çalışan Advokat Serbiya, Rusiya, Hollandiya, Belçika millilərinə də rəhbərlik edib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest