"Uğursuz şəkildə qol buraxdıq. Sonra bizə oyunumuzu yenidən qurmağa vaxt lazım idi". Matç.az saytı xəbər verir ki, bunu Ukrayna "Vorskla"sının futbolçusu Aleksandr çijov deyib.

O, Avropa Liqasının IV turunun "Qarabağ"la oyunundakı 0:1 hesablı məğlubiyyət barədə fikirlərini açıqlayıb: "İlk baxışdan pis oynamadıq. Qol imkanları yaratdıq, istifadə etmədik. Rəqib isə belə imkan yaratmadı, onlar üçün bunu biz etdik. Məncə oyun heç-heçə bitməliydi. Biz də, onlar da standart vəziyyətdən fərqlənə bilərdik. Rəqibin yüksək pressinqinə nə dərəcədə hazır olduğumuzu deyə bilmərəm. çalışırdıq ki, qısa və orta ötürmələrlə müdafiədən hücuma çıxaq. çətin olduğunu görəndə hücumçulara uzun ötürmələrdən yararlanırdıq. İlk yarıda oyunumuzun alınmaması qol buraxmağımızla bağlıdı. Tribunada baş verənlər oyunumuza pis təsir etdi. Oyunumuzu tapıb, yaxşı hücumlar təşkil etməyə başlayan vaxt matç dayandırıldı. Dəqiq deyirəm ki, xeyrimizə deyildi. İnanmıram ki, məğlubiyyət bizi sındırsın. Avropa Liqasının dadını indi hiss etməyə başlamışıq. Bu oyunlar bizim üçün təcrübədi. Məğlubiyyət isə bizi daha da birləşdirir. çünki yaxşı kollektivimiz var".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest