SSRİ yığmasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Oleq Kuznetsov Ukrayna mətbuatına müsahibə verib. Matç.az saytı xəbər verir ki, futbolçu karyerasını bitirdikdən sonra məşqçilik fəaliyyəti ilə diqqət çəkən mütəxəssis Avropa Liqasının "Vorskla" – "Qarabağ" oyununu (0:1) dəyərləndirib.

- "Qarabağ"a ev məğlubiyyətindən sonra "Vorskla"nın 1/16 final perspektivi nəzərəçarpacaq dərəcədə azaldığını söyləmək olar?

- Təəssüf ki, Poltava klubunda "Sportinq"lə ev oyunundakı emosiyalar çatmırdı. Onlar səfərdə "Qarabağ"ı uddular, amma evdə qiymətli xallar itirdilər. Nəzərə almalıyıq ki, Vasili Saçkonun yetirmələri hətta "Qarabağ"ı udsaydı, sonra Lissabonda "Sportinq"i məğlub etməliydi. Bu da həll olunmaz vəzifədi.

- Bunu "Vorskla"nın təcrübəsizliyi ilə izah etmək olar?

- Təcrübə deyil, səviyyə çatmadı. özünüz baxın da, bir kobud fərdi səhv vacib matçın taleyini həll etdi. Mən Arturun oyununu nəzərdə tuturam. "Vorskla"ya qol vurmaq üçün 5-6 yaradılan imkan da bəs etmir.

- ön xətdə tək Vladislav Kukaçla oynamaq çətin deyil?

- Kulaç hec də pis futbol deyil. O, bir ağlasığmaz qol vura bilər. Lakin sonra bir neçə əlverişli imkanı boşa verəcək. Hesab edirəm ki, "Vorskla" üçün pley-off mübarizəsi artıq başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest