"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:0 hesablı qələbəyə sevindikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib: 
 
"Bu oyuna həqiqətən ciddi hazırlamışdıq. Komanda olaraq qələbəyə inanırdıq. Futbolçularda istəyi görürdük. Oyundan oyuna daha yaxşı oluruq, ancaq qələbə lazım idi. Bu zaman özünəinam artır. Oyunun gedişatı göstərdi ki, "Səbail" yaxşı komandadı. Rəqib bizə son 15 dəqiqədə çətinlik yaşatdı. İkinci dövrəyə qələbəylə başlamaq həqiqətən yaxşıdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest