Bu gün AFFA-nın İnzibati binasında Lisenziyalaşdırma qrupunun Premyer Liqa və l divizionda çıxış edən klub nümayəndələri üçün 2020-21-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda aşağıda qeyd olunmuş mövzular haqqında ətraflı məlumat verilib.
- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat;
- ötən mövsümün icmalı;
- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda məlumatı.
İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.