Avropa Liqasının IV turu ərəfəsində turnirdə çıxış edən futbolçuların fərdi reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, cədvələ "Bayer"li Kay Haverts başçılıq edir.

Onun hesabında 6174 xal var. "Ayntraxt"ın üzvü Filip Kostiç 5786 xalla 2-cidi. "çelsi"nin braziliyalısı Villian 5603 xalla 3-cüdü.

Ən yaxşı Azərbaycan futbolçusu "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevdi. O, 846 xalla 535-cidi. 658 xalla 595-ci olan "Astana"dakı təmsilçimiz Riçard Almeyda və 627 xalla 604-cü olan Maksim Medvedev ən yaxşı üç oyunçumuz siyahısındadı.

Qara Ağdam təmsilçisinin heyətində 3-cüdü. Onu iki legioner qabaqlayır. Abdullah Zubir 1485 xalla 323-cü sıradadı. 973 xala malik Donald Gerye 483-cü yerdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest