"Neftçi"nin futbolçuları Vild-Donald Gerye və Soni Mustivarın formasını geyindiyi Haiti yığması yoldaşlıq oyunu keçirib. Matc.az saytının məlumatına görə, komanda Boliviya ilə qarşılaşıb.

Boliviyanın Santa Kruz şəhərində keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə nəticələnib. Strat heyətdə meydana daxil olan Mustivar 73-cü dəqiqədə əvəzlənib. Həmin dəqiqədə isə Gerye oyuna qoşulub.

Qeyd edək ki, Haiti bir neçə gün əvvəl Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsinin (KONKAKAF) Millətlər Liqasında Kosta-Rika ilə bərabərə qalıb - 1:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest