"Birinci hissəni 4-ün 4-ə oynamaq mümkün idi. Fasilədən sonra isə iki-iki dəyişiklik etmək, istirahət üçün şərait yaratmaq olardı. Baş məşqçinin seçdiyi taktika da düzgün idi. Ancaq risk etmək olardı. Çünki rəqib də pressinq tətbiq edən zaman öz ərazisindən çıxmaqda çətinlik çəkirdi".

UEFA çempionlar Liqası çərçivəsində Belçikanın "Halle - Gooik" (1:5) komandası ilə keçirilmiş oyunundan sonra "Araz"ın qapıçısı Rövşən Hüseynli azfutzal.az saytına müsahibə verib. Matc.az xəbər verir ki, qolkiper məğlubiyyətə səbəb kimi, heyətin kasad olmasını göstərib.

- Hadisələrin axarı gözlənilməz olmadı, deyə bilərikmi?

- Əlbəttə, heyətlə bağlı çatışmazlığımız var idi. Altı oyunçu ilə bu cür turnirdə iştirak etmək çox çətindi. Bugünkü oyun bunu bir daha göstərdi. Sona yaxın yorğunluq hiss olundu. Meydana ehtiyatla çıxmışdıq. Baş məşqçi əsasən 5-in 4-ə oynatmağımızı tapşırdı.

- Baş məşqçinin komandanın gücünü nəzərə alıb bu cür addım atdığını düşünmürsən?

- Təbii ki, o bunu fikirləşdirdi. çünki bu matçın ertəsi daha ağır oyunumuz olacaq. Cəmi bir günlük fasilədən sonra turnirdə növbəti qarşılaşmaya çıxacağıq. Ardıcıl oyunlar keçirmək çox çətindi. 5-in 4-ə də topu özümüzdə daha çox saxlamağı düşündük. Oyun başladıqdan sonra gedişat göstərdi ki, onlarla elə 4-ün 4-də oynamaq da mümkün idi. Bəzi epizodlar oldu ki, səhvlərimizdən qollar buraxdıq.

- Eyni sayda oyunçu ilə meydana çıxsaydınız, sona qədər mübarizə aparmağa hazır idimi komanda yoldaşların?

- Birinci hissəni 4-ün 4-ə oynamaq mümkün idi. Fasilədən sonra isə iki-iki dəyişiklik etmək, istirahət üçün şərait yaratmaq olardı. Baş məşqçinin seçdiyi taktika da düzgün idi. Ancaq risk etmək olardı. çünki rəqib də pressinq tətbiq edən zaman öz ərazisindən çıxmaqda çətinlik çəkirdi.

- "Benfika" ilə oyun daha çətin keçəcək...

- çox çətin olacaq. Bugünkü oyunda Ramizlə Xətai çox az əvəzləndilər. Təxminən 36-38 dəqiqə meydanda oldular. üstəlik, dünən də uzun məsafə qət etmişik. "Benfika"nın gücü, heyəti məlumdu. Onları çox tərifləməyə ehtiyac da yoxdu.

- "Benfika" ilə oyunda gücü qoruyub, son oyunda mərhələnin taleyini həll etmək mümkündümü?

- Oyundan indi çıxmışıq. Baş məşqçi hələ bir söz deməyib. Fikrimcə, o da belə düşünəcək. Yəqin ki, yenə 5-in dördə oynayacağıq. Belə oyun zamanı mütləq qol vurmalı, topa daha çox hakim olmalıyıq. Son oyunu daha çox düşünərək gücümüzdən elə istifadə etməliyik ki, istədiyimiz nəticəni əldə edə bilək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest