"Milan"ın yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə yeni çalışdırıcının adını açıqlayıb.
"Rossonyerlər"ə bundan sonra Stefano Pioli rəhbərlik edəcək. O, yeni komandası ilə 2 illik müqavilə imzalayıb. İtaliyalı məşqçi bu postda həmyerlisi Marko Campaolonu əvəzləyib.
Qeyd edək ki, Stefano Piolinin son klubu "Fiorentina" olub.