Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.
 
öncə "Zirə" ilə "Qəbələ" üz-üzə gəlib. Əyalət təmsilçisi bu oyunda qalib gəlməklə sonuncu pillədən qurtulmaq istəyirdi. "Zirə" isə turnir cədvəlində üst pillələrdən birində yer almaq üçün mübarizə aparıb. Amma tərəflər meydanı heç-heçə ilə başa vurublar.
 
Son çempion "Qarabağ" da ilk dövrənin yekun qarşılaşmasında "Sabah"ı sınağa çəkib. Ağdam klubu bu oyunda da qalib gəlsə, birinci dövrənin bütün görüşlərini qələbə ilə başa vurmuş olacaqdı. "Sabah" isə iddialı rəqibindən cari mövsümdə xal və ya xallar almağı bacaran ilk komandaya çevrilmək istəyirdi. Amma çempion bu rəqibinə də aman verməyib və dövrəni maksimum nəticə ilə başa vurub.
 
Turun digər oyunlarına gəlincə, ötən gün "Neftçi" doğma meydanda "Səbail"ə 2:1 hesabıyla qalib gəlib, "Sumqayıt" - "Keşlə" matçı heç-heçə bitib – 0:0.
 
Azərbaycan Premyer Liqası
VII tur
6 oktyabr
 
"Zirə" – "Qəbələ" 1:1
Qol: İ.Muradov, 67 - ü.İsgəndərov, 64.
Zirə İdman Kompleksinin stadionu. Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Orxan Məmmədov.
 
Zirə: 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 10. Elvin Məmmədov (k), 18. Xulio Sezar Rodriges, 48. Şafik Tiqrudja, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 6. Alvaro Ampuero, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov, 17. Robin Nqalande, 23. Mfo Kqasvane, 99. Rafael Məhərrəmli, 93. Seyxan Fərəcov, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Samir Abasov.

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopes, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 14. ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 19. Rövlan Muradov, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov.
Baş məşqçi: Zaur Həşimov.
 
"Qarabağ" – "Sabah" 2:0
Qol: M.Qeye, 17. A.Hüseynov, 51.
Qırmızı vərəqə: B.Mustafazadə, 79.
Tofiq Bəhramov adına Respublika stadionu. Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Namiq Bəkirov.
 
Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 6. Simeon Slavçev, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 4. Rahil Məmmədov, 10. Dani Kintana, 17. Abdullah Zubir, 3. Aylton Silva, 18. İsmayıl İbrahimli, 24. Nihad Tamazov, 45. Rauf Hüseynli.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 14. Rəşad Eyubov (k), 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 6. Vadim Abdullayev, 77. Cavid Tağıyev, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 11. Şakir Seyidov.
Baş məşqçi: Rövşən Babayev.
 
 

1

Qarabağ

7

7

0

0

17-1

21

2

Keşlə

7

3

2

2

8-3

11

3

Neftçi

7

3

2

2

8-6

11

4

Səbail

7

3

1

3

8-11

10

5

Zirə

7

2

2

3

6-9

8

6

Sumqayıt

7

2

1

4

5-9

7

7

Qəbələ

7

1

2

4

3-14

5

8

Sabah

7

1

2

4

5-7

5

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest