Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Axmat"la üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Ufa" 12 turdan sonra 15 xalla 16 kollektiv arasında 6-cı sırada qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest