Futbol üzrə İspaniya La Liqasında 6-cı tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. 

Son turda “Barselona”nı məğlub edən “Qranada” bu dəfə səfərdə “Valyadolid”in müqavimətini qırmağa çalışıb. Amma bu görüşdə heç-heçə qeydə alınıb. “Betis” doğma meydanda “Levante” üzərində inamlı qələbəyə sevinib.

“Barselona” isə “Vilyarreal”i qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşma Kataloniya təmsilçisinin qələbəsiylə yekunlaşıb.

İspaniya La Liqası
6-cı tur

24 sentyabr

Valyadolid – Qranada 1:1
Qol: Plano, 12 – Fernandes, 42.

Betis – Levante 3:1
Qol: Loren, 45+3; 48. İqlesias, 67 – Hernani, 7.

Barselona – Vilyarreal 2:1
Qol: Qrizmann, 6. Artur, 15 – Kasorla, 44.

25 sentyabr

21:00 Leqanes – Atletik
21:00 Malyorka – Atletiko
22:00 Valensiya – Xetafe
23:00 Real – Osasuna

26 sentyabr

21:00 Eybar – Sevilya
22:00 Selta – Espanyol
23:00 Real Sosyedad – Alaves

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest