"Qarabağ" Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib. Son transfer Asmir Beqoviç də siyahıya əlavə olunub. Baş məşqçi Qurban Qurbanov ümumilikdə 25 oyunçunun adını göndərib.

"Qarabağ" Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib. Matc.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, son transfer Asmir Beqoviç də siyahıya əlavə olunub.

Baş məşqçi Qurban Qurbanov ümumilikdə 25 oyunçunun adını göndərib. Onlardan 23-ü A, 2-si isə (Məmməd Hüseynov və Tural Bayramov) B siyahısına daxil edilib.

 

Qapıçılar: 1. Asmir Beqoviç, 12. Şahrudin Məhəmmədəliyev, 13. Vaqner da Silva, 95. Məmməd Hüseynov

Müdafiəçilər: 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Hacıağa Hacılı, 71. Tural Bayramov

Hücumçular: 9. Xayme Romero, 11. Mahir Emreli, 99. Maqaye Qeye

Baş məşqçi: Qurban Qurbanov

 

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında "Sevilya", APOEL və "Düdelanj"la eyni qrupda yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest