"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən APOEL-də növbəti ayrılıq baş tutub. Hücumçu Minas Antoniu Nikosiya klubu ilə sağollaşıb. 25 yaşlı vinger yeni baş məşqçi Tomas Dolla lazım olmayıb.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən APOEL-də növbəti ayrılıq baş tutub. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, hücumçu Minas Antoniu Nikosiya klubu ilə sağollaşıb.

İlin ilk 6 ayını icarə əsasında "Paralimniu"da keçirən 25 yaşlı vinger yeni baş məşqçi Tomas Dolla lazım olmayıb. Bu üzdən onun gələn ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. Hazırda azad agent statusu daşıyan Kipr yığmasının üzvünün karyerasını yenidən AEL-də davam etdirməsi gözlənilir.

Qeyd edək ki, Minas Antoniu APOEL-ə 2017-ci ilin yayında "Aris"dən keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest