Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ"ın Ukraynaya gedəcəyi vaxt müəyyənləşib. Matç.az saytının məlumatına görə, Ağdam təmsilçisi "Vorskla" ilə görüşə iki gün öncədən yollanacaq.

Noyabrın 6-da səhər məşqi ilə Bakıdakı hazırlığa son qoyacaq Azərbaycan çempionu axşamtərəfi yola düşəcək. Qurban Qurbanov ertəsi gün yetirmələrini Poltavada, qarşılaşmanın keçiriləcəyi stadionda son məşqə çıxaracaq.

Qeyd edək ki, oktyabrın 8-də baş tutacaq "Vorskla" – "Qarabağ" görüşü Bakı vaxtı ilə 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest