Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq. Matc.az xəbər verir ki, tədbir Monakoda baş tutacaq.
 
Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə 48 klub 12 qrupa bölünəcək. Bu komandalardan 21-i Avropa Liqasında pley-off mərhələsinin qalibidi. çempionlar Liqasının 10 uğursuzu, həmçinin birbaşa qrupdan mübarizəyə başlayacaq 17 klubun da püşkatmada rəqibi dəqiqləşəcək. 
 
Azərbaycan çempionu "Qarabağ" da avrokuboklarda 6-cı, Avropa Liqasında 5-ci dəfə əsas mərhələdə çıxış edəcək. çempionlar Liqasında Albaniya "Partizani"si (0:0, 2:0) və İrlandiya "Dandolk"unu (1:1, 3:0) mübarizədən kənarlaşdırıb Kipr APOEL-inə uduzan (2:1, 0:2) Qurban Qurbanovun yetirmələri Avropa Liqasına keçib. Azərbaycan çempionu burada Şimali İrlandiya "Linfild"ini səfər qolu ilə yarışdan kənarlaşdırıb – 2:3, 2:1.
 
Püşkatmadan öncə komandalar reytinqinə görə səbətlərə bölünüb. "Qarabağ" əmsalına əsasən 3-cü səbətə düşüb.
 
Qeyd edək ki, qrup mərhələsinin oyun günləri də bəllidir. Sentyabrın 19-da başlayacaq qrup matçları dekabrın 12-də yekunlaşacaq.
 
Avropa Liqası
Qrup mərhələsi
 
I səbət
"Sevilya" (İspaniya)
"Arsenal" (İngiltərə)
"Portu" (Portuqaliya)
"Roma" (İtaliya)
"Mançester Yunayted" (İngiltərə)
"Dinamo" (Kiyev, Ukrayna)
"Beşiktaş" (Türkiyə)
"Bazel" (İsveçrə)
"Sportinq" (Portuqaliya)
çSKA (Moskva, Rusiya)
"Volfsburq" (Almaniya)
"Latsio" (İtaliya)
 
II səbət
PSV (Hollandiya)
"Krasnodar" (Rusiya)
"Seltik" (Şotlandiya)
"Kopenhagen" (Danimarka)
"Braqa" (Portuqaliya)
"Gent" (Belçika)
"Borussiya" (Münhenqladbax, Almaniya)
"Astana" (Qazaxıstan)
"Yanq Boyz" (İsveçrə)
"Lüdoqorets" (Bolqarıstan)
APOEL (Kipr)
"Ayntraxt" (Almaniya)
 
III səbət
"Sent-Etyenn" (Fransa)
"Qarabağ" (Azərbaycan)
"Feyenoord" (Hollandiya)
"Xetafe" (İspaniya)
"Espanyol" (İspaniya)
"Molde" (Norveç)
"Partizan" (Serbiya)
"Standard" (Belçika)
"Vulverhempton" (İngiltərə)
"Renn" (Fransa)
"Rusenborq" (Norveç)
"Başakşəhər" (Türkiyə)
 
IV səbət
"Alkmaar" (Hollandiya)
"Aleksandriya" (Ukrayna), 
"Düdelanj" (Lüksemburq) 
LASK (Avstriya)
"Volfsberq" (Avstriya)
"Luqano" (İsveçrə)
"Ferentsvaroş" (Macarıstan)
"Trabzonspor" (Türkiyə)
"Slovan" (Slovakiya)
çFR (Rumıniya)
"Vitoriya" (Portuqaliya)
"Reyncers" (Şotlandiya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest