Futzal üzrə çempionlar Liqasının ilk turu Azərbaycan təmsilçisi "Araz" üçün uğursuz alınıb. Matç.az saytı xəbər verir ki, Naxçıvan təmsilçisi Litva "Vitis"i ilə Slovakiyadakı görüşdən qolsuz və xalsız ayrılıb.

0:1 hesabı ilə uduzan çempionumuzun meydanı qol vurmadan tərk etməsi isə nadir hallarda təsadüf olunan hadisədi. Belə ki, Azərbaycan klublarının 18 illik avrokubok çıxışları ərzində 6-cı dəfə belə susqunluq müşahidə olunur.

Turnirin UEFA kuboku adlandığı vaxt 2 dəfə "Turan AİR", 3 dəfə "Araz" qol həsrəti yaşayıb. Sonuncuların 4-cü uğursuzluğu isə bu ildən çempionlar Liqası adlandığı vaxta təsadüf edib.

Azərbaycan çempionlarının qol vurmadığı oyunlar

03.11.2001. "Turan AİR" - "Roma" (İtaliya) – 0:4

08.10.2004. "Turan AİR" - "Arzinyano" (İtaliya) – 0:6

10.09.2007. "Araz" - "Luparense" (İtaliya) – 0:3

21.11.2014. "Araz" - "Xrudim" (çexiya) – 0:6

24.11.2016. "Araz" - "Yuqra" (Rusiya) – 0:4

03.10.2018. "Araz" – "Vitis" (Litva) – 0:1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest