"Yuventus"un müdafiəçisi Daniel Ruqani klubu dəyişir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı futbolçu "Roma"ya keçir.

Klublar arasında danışıqlar müsbət nəticələnib. Yaxın günlərdə "Roma"nın oyunçu ilə şəxsi razılığa gəlməsi gözlənilir. Ruqaninin paytaxt klubundan tələbi illik 3 milyon avro maaşdı. "Roma" onu 5 milyon avroya birillik icarəyə götürəcək və gələn ilin yayında 25 milyon avroya birdəfəlik transfer edəcək.

Qeyd edək ki, Daniel Ruqani ötən mövsüm "Yuventus"un heyətində 20 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest