Cüdoçularımızdan Avropa çempionatında uğurlu start
Polşada yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib. Yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. 60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov Litva, Portuqaliya, Rusiya, Ukrayna və Türkiyə cüdoçularını məğlub edərək Avropa çempionu adını qazanıb.