16 Dekabr 2025, 13:59
FUTBOL
İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi Premyer Liqada çempionluq titulunun əsas favoriti barədə fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, veteran hücumçu hazırda lider olan "Arsenal"ı daha şanslı hesab etdiyi bildirib:
“Mənim fikrimcə, çempionluğun əsas favoriti “Arsenal”dır. Lakin maraqlıdır, “Mançester Siti” "topçular"a qarşı mübarizə apara biləcəkmi? Amma burada hər şey “Arsenal”dan asılıdır. Çünki onlar daha əvvəl də lider mövqedə olublar, lakin sonradan üstünlüyü əldən veriblər”.
Qeyd edək ki, 16 turdan sonra “Arsenal” turnir cədvəlinin zirvəsində qərarlaşıb. London təmsilçisi 36 xal toplayıb. “Mançester Siti” onlardan 2 xal geri qalır. İlk üçlüyü isə 33 xalla “Aston Villa” tamamlayır.












