Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Bu gün güləş yarışlarına start veriləcək. Mübarizəyə sərbəst güləşçilər başlayacaq. 4 pəhləvanımızın hər biri 1/8 final mərhələsindən yarışa qoşulacaq.

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Matc.az xəbər verir ki, bu gün güləş yarışlarına start verilib.

Mübarizəyə sərbəst güləşçilər başlayıb.

4 pəhləvanımızın hər biri 1/8 final mərhələsindən yarışa qoşulub.

 

Minsk-2019

25 iyun

Sərbəst güləş

57 kq

Mahir Əmiraslanov mübarizəyə Georgi Vangelova qarşı görüşlə başlayıb. Bolqarıstan idmançısı üzərində çətin qələbə qazanan (6:5) pəhləvanımızın 1/4 finaldakı qurbanı Vladimir Yeqorova (Şimali Makedoniya) olub - 4:0. Əmiraslanov yarımfinalda Rusiya təmsilçisi Zavur Uğuyevlə görüşüb. Rəqibinə qalib gələn Mahir çempionluq üçün yarışacaq. Onun həlledici görüşdəki rəqibi serbiyalı Stevan Miçiç olacaq.

 

74 kq

Hacımurad Hacıyevin 1/4 final yolunu Soner Demirtaş kəsib. Güləşçimiz türkiyəliyə 3:4 hesabı ilə uduzub. Rəqibi finala qədər yoluna davam etdiyi üçün Hacımurad təsəlliverici görüşlərə qatılmaq haqqı qazanıb. "Bürünc yolu"nda onun ilk rəqibi Kirillos Binenpaum olacaq.

 

86 kq

Aleksandr Qostiyev ilk görüşündə Belarus təmsilçisi Denis Balaura göz açmağa imkan verməyib - 7:1. Onun növbəti mərhələdəki rəqibi gürcüstanlı Sandro Aminaşvili olub. Güləşçimiz bu dəfə də döşəyi qalib (6:2) tərk edib. Qostiyevin final yolunda son rəqibi Dauren Kuruqliyev (Rusiya) olub. Rəqibinə məğlub olan Aleksandr bürünc medal uğrunda güləşəcək.

 

125 kq

Camaləddin Məhəmmədov da belaruslu rəqibindən üstün olub. Belə ki, o, Vitali Pyasnyak üzərində 6:0 hesablı qələbə qazanıb. Güləşçimiz yarımfinal yolunda Daniel Ligetini (Macarıstan) çətinliklə (6:5) məğlub edib. O, yarımfinalda gürcüstanlı Givi Matkaraşvili ilə üz-üzə gəlib. Rəqibinə 2:4 hesabı ilə məğlub olan idmançımız "bürünc" üçün mübarizə aparacaq.

 

Qeyd edək ki, final və üçüncülük yarışları sabah keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest