Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Matc.az xəbər verir ki, bu gün güləş yarışlarına start veriləcək.

Mübarizəyə sərbəst güləşçilər başlayacaq. Dünən 57, 74, 86 və 125 kq-da püşkatma mərasimi keçirilib və bu çəkilərdə çıxış edən yığma üzvlərinin ilk rəqibləri müəyyənləşib. Güləşçilərimizin hamısı yarışa 1/8 finaldan qoşulacaq.

Mahir Əmiraslanov (57 kq) ilk olaraq bolqarıstanlı Georgi Vangelovu üstələməli olacaq. 74 kq çəkidə olan Hacımurad Hacıyevin rəqibi Soner Dəmirtaş (Türkiyə) olacaq. Aleksandr Qostiyev moldovalı Deniv Balaurla qarşılaşacaq. 125 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Camaləddin Məhəmmədov isə Vitali Piasniakı (Belarus) sınağa çəkəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest