"Düşünürdük ki, "Neftçi"də 60-65-ci dəqiqədən sonra fiziki baxımdan düşüş ola bilər. Ona görə də bəzi oyunçuları ehtiyatda saxladıq. Həmin futbolçular meydana girəndən sonra oyun planımız üzrə getdi".

"Sumqayıt" Misli Premyer Liqasının 15-ci turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Şahin Abdullayev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Düşünürdük ki, "Neftçi"də 60-65-ci dəqiqədən sonra fiziki baxımdan düşüş ola bilər. Ona görə də bəzi oyunçuları ehtiyatda saxladıq. Həmin futbolçular meydana girəndən sonra oyun planımız üzrə getdi.

- Nadir Orucov və Aleksandr Ramalinqomun start heyətdə yer almaması dediyiniz planla bağlı idi?

- Nadir oyunun ən yaxşılarından biri idi. Meydana girəndən sonra özünü çox yaxşı tərəfdən göstərdi. Təcrübə baxımından "Neftçi" kimi komandaya qarşı səfər oyununda onu start heyətində oynatmağa risk etmədik. Ramalinqomu isə plan üzrə ehtiyatda saxlamışdıq.

- Ardıcıl 3-cü oyundur ki, "Sumqayıt"ın texniki zonasında gərginlik yaranır. Bu aqressiyanın səbəbi nədir?

- Sırf aqressiya olduğunu deməzdim. Ötən matçda bizim köməkçi məşqçi qırmızı vərəqə alanda aqressivlik görmədik. Rəqib futbolçular bizə tərəf cumdular. Kollektiv şəkildə aqressiyamızın olduğunu deməzdim. Bu gün İqor Ribeyro ilə Ramalinqom oyun epizodunda mübahisə etdilər. Bizim ehtiyat oyunçular skamyasında hamı sakit durmuşdu. Oyundan əvvəl də hamıya sakit qalmasını demişdik.

- Saşa İliç fasilədə hansı göstərişləri verdi?

- Birinci hissədə çox top itirirdik. Əsas problemlərimizdən biri o idi. Müdafiəçilərimiz dərhal uzun toplar atırdılar. Bu, bizim oyun tərzimiz deyil. Baş məşqqçi fasilədə tapşırdı ki, bir az top saxlayaq, oyunu sakitləşdirək. Deməzdim ki, ikinci hissənin əvvəlində bunu bacardıq. Ninkoviç meydana ngirəndən sonra oyunumuz daha yaxşı alındı. Çünki o top saxlamağı bacarır, oyunun tempini qaldırıb aşağı salır. 60-cı dəqiqədən sonra oyunu ələ ala bildik.

- İkinci oyundur ki, qapıda Xəyal Fərzullayev dayanır. Bunun səbəbi nədir?

- Ötən turun oyunundan əvvəl Mehdi Cənnətovun boynu ağrayırdı. Məşqçidən xahiş etdi ki, onu oynatmasın. Xəyal da var, üçüncü qapıçımız da var. hamıı şans qazana bilər. Xəyal ötən matçda yaxşı təsir bağışladı. Qapıçı məşqçisi ilə də danışandan sonra ona şans verdik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest