Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının boks yarışlarında növbəti döyüşlər keçirilir. Matc.az saytının məlumatına görə, Azərbaycan boksçusu Cavid çələbiyev turnir çərçivəsində ikinci görüşünə çıxıb.

60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/8 final mərhələsində Moldova təmsilçisi Dorin Buksa ilə üz-üzə gəlib. 5:0 hesabı ilə qələbə qazanan boksçumuz 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Cavid çələbiyev 1/16 finalda Nikola İvkoviçdən (Bosniya və Herseqovina) güclü olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest