16 Dekabr 2025, 19:34
FUTBOL
"Mançester Yunayted", "Çelsi", "Vest Hem" və "Tottenhem" "Lans"ın 23 yaşlı yarımmüdafiəçisi Mamadu Sanqareni izləyir.
Matc.az xəbər verir ki, bu barədə TEAMtalk məlumat yayıb.
Bildirilir ki, bu klublar Sanqarenin Mali millisində oynaması gözlənilən Afrika Millətlər Kuboku başa çatdıqdan sonra oyunçu ilə rəsmi olaraq maraqlandıqlarını açıqlaya bilərlər. Turnir 21 dekabr - 18 yanvar tarixləri arasında keçiriləcək.
Qeyd edək ki, bu mövsüm Sanqare bütün yarışlarda 21 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 15 milyon avrodur.












