Cari mövsümün üç oyununda rəqibinə uduzmayan, "qartallar" əvvəlki 21 matçda üstünlüyə malikdir. Aktivində 11 qələbə olan "Zirə" 6 dəfə bir xalla kifayətlənib. "Qartallar" bu görüşlərdən yalnız dördündə məğlub olub. Top fərqi də "Zirə"nin xeyrinədir - 23:18.
"Qarabağ"ın öz meydanındakı ilk belə qələbəsi 1992-ci il mayın 6-da qeydə alınıb. Həmin gün ağdamlılar Kürdəmir "Şirvan"ını 6:0 hesabı ilə məğlub edib. 8 qat ölkə çempionunun ən böyük fərqlə qalib gəldiyi ev oyunlarında isə 7:0 hesabı qeydə alınıb.
O, ölkə çempionatında yalnız bir klubun şərəfini qoruyub. Debütü 2014/15 mövsümünə təsadüf edən Nəcəfov 100 çempionat matçını "Sumqayıt"da keçirib. O, klub tarixinə Premyer Liqada 100 və daha çox matça çıxan 4-cü oyunçu kimi düşüb.
"Zirə" - "Keşlə" və "Səbail" - "Sabah" oyunlarında hesab açılmayıbsa, "Qəbələ" - "Neftçi" görüşündə 4 qol vurulub - 2:2. Dörd matçda üç heç-heçənin qeydə alınması 8 komandanın mübarizə apardığı son 5 mövsümün rekordunun təkrarıdır. Bu müddətdə 9-cu dəfə belə hadisə yaşanır.
"Bütün futbolçulara güvənirəm. Rotasiyalar olacaq. Qarşımıza məqsəd qoymamışıq ki, avrokuboklara vəsiqə qazanacağıq. Əsas olan mübarizə aparmaqdır. Bu məqamda zədə alsaq, problem olacaq. Bu heyətlə başlamışıq, bununla da çempionatı başa vuracayıq"
"Son turlarda yaxşı oyun nümayiş etdirən komandaya qarşı oynadıq. Sürətli hücuma çıxdıqlarını bilirdik. Uzun müddət qələbə qazanmasalar da, təhlükəli komanda olduqlarını görürük. Qələbə qazanmaq istəyirdik"
"Zirə" səfəri hər zaman çətin olub. Futbolçular əllərindən gələni etdilər. Meydan da ağır idi. Futbolçuların zədələnməməsi bizim üçün vacibdir. Qələbə bizim üçün vacib idi. Futbolçular tapşırıqları yerinə yetirdilər"
"Maraqlı və baxımlı oyun keçdi. Futbola aid hər şey var idi. Çoxlu qol imkanlarımız var idi. Baxmayaraq ki, heç-heçə oldu. Futbolçular futbola aid hər şeyi göstərdi. Buna görə uşaqlara təşəkkür edirəm. Futbola yanaşmaları, meydanda sona qədər mübarizə aparmaqları məni sevindirdi"
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.