14 oyun, 21 futbolçu
Azərbaycan Premyer Liqasında 2019-20 mövsümünün ilk yarısı başa çatıb. "Qəbələ" ilk iki dövrədə keçirdiyi 14 oyunda 13 xal toplayıb. Komandanı ilk üç turda meydana çıxaran Sənan Qurbanov və sonradan onu əvəzləyən Elmar Baxşıyev bu qarşılaşmalarda 21 futbolçunun xidmətindən yararlanıb.