"Zirə" Premyer Liqanın XXII turunda "Keşlə" ilə qarşılaşacaq. 
 
Matc.az xəbər verir ki, Zirə İdman Kompleksindəki matç iki rəqib arasında çempionatdakı 23-cü duel olacaq.
 
Əvvəlki 22 oyunda 7 dəfə qalib gələn "Zirə" 9 dəfə heç-heçə ilə kifayətlənib və 6 matçda uduzub. Bu üstünlük top fərqində də əksini tapıb - 28:27. 
 
"Zirə" cari mövsümdə "Keşlə"yə qarşı keçirilən son üç görüşdə uduzmayıb. Bu görüşlərin hər birində 2 və ya daha çox qola imza atan komanda ümumilikdə 8 qolla 7 xal toplayıb.
 
"Keşlə" ilə 10 ev oyununda üz-üzə gələn "Zirə" 4 dəfə qalib gəlib. 5 səfər heç-heçəsi olan zirəlilər 1 dəfə doğma meydanda uduzub. Evdə 16 qol vuran "Zirə" 10 top buraxıb.
 
Qeyd edək ki, aprelin 11-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək "Zirə" – "Keşlə" matçı saat 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest