İkinci hissədə isə Rafinya sözünü deyib. Braziliyalı hücumçu 50-ci, 83-cü və 90+1-ci dəqiqələrdə fərqlənərək het-trikə imza atıb.

İspaniya La Liqasının XIV turunda “Barselona” səfərdə “Deportivo” ilə qarşılaşıb.

Matc.az xəbər verir ki, La-Korunyadakı “Riasor” stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 2-ci dəqiqəsində Lamin Yamal hesabı açıb. 9-cu dəqiqədə Pyer-Emerik Obameyanq tarazlığı bərpa etsə də, Dani Olmo 20-ci dəqiqədə “Barselona”nı yenidən önə keçirib.

İkinci hissədə isə Rafinya sözünü deyib. Braziliyalı hücumçu 50-ci, 83-cü və 90+1-ci dəqiqələrdə fərqlənərək het-trikə imza atıb.

Bu qələbədən sonra xallarının sayını 39-a çatdıran “Barselona” turnir cədvəlinin lideridir. 15 xalı olan “Deportivo” isə 13-cü pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest