PSJ ESPN-in versiyasına görə Çempionlar Liqasının əsas favoriti hesab olunur.

Matc.az xəbər verir ki, bu barədə sözügedən media şəbəkəsi məlumat yayıb.

Bildirilir ki, turnirin baş mükafatına iddialı olan komandaların reytinq siyahısı 19 idman müxbiri arasında keçirilən səsvermə əsasında hazırlanıb.

Qaydalara görə, jurnalistlər ən güclü 10 klubu sıralamalı idilər. Səsvermənin nəticələrinə əsasən, 9 respondent Paris təmsilçisini baş mükafatın əsas namizədi kimi göstərib. Londonun "Arsenal" klubu isə 5 jurnalistin seçimi ilə siyahıda ikinci sırada qərarlaşıb.

Çempionlar Liqasının qazanmağa namizəd olan ilk 10 klubun sıralaması aşağıdakı kimidir:

1. PSJ
2. "Arsenal"
3. "Bavariya"
4. "Barselona"
5. "Real" (Madrid)
6. "Mançester Siti"
7. "İnter"
8. "Liverpul"
9. "Atletiko"
10. "Mançester Yunayted"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest