İspaniya millisinin vingeri Lamin Yamal Avstriya yığması ilə keçirilən dünya çempionatının 1/16 final mərhələsinin matçının (3:0) ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, o, start heyətində meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib. Meydanda olduğu vaxt ərzində Lamin Yamal rəqib qapısına 6 zərbə (bunlardan 4-ü çərçivəyə) vurub, 8 aldatma gedişindən 5-ni uğurla tamamlayıb, rəqibin cərimə meydançasında 14 dəfə topla oynayıb, ötürmələrinin dəqiqliyi isə 90% təşkil edib.

18 yaşlı futbolçu milli komandanın formasında 29 oyuna çıxıb, bu qarşılaşmalarda 7 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc hücumçu yığmanın heyətində 2024-cü il Avropa çempionatının qalibi olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest