15 İyun 2026, 19:33
FUTBOL
"Sevilya"nın hücumçusu Rafa Mir futbol ictimaiyyətində geniş rezonans doğuran məhkəmə işinin fiquruna çevrilib.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
28 yaşlı futbolçu məhkəmə tərəfindən 8,5 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə ilə bağlı ərizə ilə müraciət edən gənc qızın şikayətindən sonra hüquq-mühafizə orqanları işə baxıb. İspaniyalı forvard təcavüzdə ittiham olunur.
Mir ötən mövsümü icarə əsasında "Elçe"də keçirib, burada 29 oyuna çıxıb və 8 qol vurub.













