15 İyun 2026, 18:33
FUTBOL
"Atalanta"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Matc.az xəbər verir ki, Berqamo təmsilçisi Mauritsio Sarri ilə anlaşıb. Bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.
67 yaşlı çalışdırıcı ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mauritsio Sarrinin son iş yeri "Latsio" olub. O, 2025/26 mövsümü başa çatdıqdan sonrda Roma klubundan ayrılıb.













