15 İyun 2026, 17:56
FUTBOL
"Qalatasaray" "Vulverhempton"da çıxış edən Joao Qomesi transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
İngiltərə təmsilçisi 25 yaşlı yarımmüdafiəçini satmağın əleyhinə deyil. Premyer Liqanı tərk edən klub Braziliya millisinin üzvü üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, Joao Qomes ötən mövsüm "Vulverhempton"un heyətində keçirdiyi 41 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.













