"Real" çüdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Matc.az xəbər verir ki, Madrid təmsilçisi "Çelsi"də çıxış edən Mark Kukurelyanın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

La Liqa nəhəngi ispaniyalı futbolçu üçün London klubuna 55+5 milyon avro təzminat ödəyəcək. 27 yaşlı sol cinah müdafiəçissi "Real"la 6 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Mark Kukurelya ötən mövsüm "Çelsi"nin heyətində keçirdiyi 50 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest