"Barselona" Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvaresin transferindən imtina edərək, "Bornmut"un 19 yaşlı forvardı Eli Krupinin keçidinə üstünlük verə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubunun idman rəhbərliyi gənc oyunçunun çıxışından heyran qalıb. Lakin bu keçiddə ciddi bir maneə var. Belə ki, "Bornmut" rəhbərliyi futbolçu ilə maraqlanan bütün tərəflərə xəbərdarlıq edərək, 100 milyon avrodan aşağı olan təklifləri belə dəyərləndirməyəcəyini bildirib.

Gənc hücumçuya digər nəhəng klublar da maraq göstərir. Krupinin oyununu PSJ və Londonun "Arsenal" klubu da yaxından izləyir.

Arxada qalan mövsümdə forvard "Bornmut"un heyətində 35 matça çıxıb və 13 qol vurub. "Transfermarkt" portalında onun dəyəri 70 milyon avro təşkil edir. Futbolçunun klubu ilə müqavilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest