Uruqvay yığmasını Meksikanın Kankun şəhərindən 2026-cı il dünya çempionatının 1-ci turu çərçivəsində Səudiyyə Ərəbistanı ilə oyuna aparmalı olan təyyarə ABŞ-yə uçuş həyata keçirə bilməyib.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Romen Malina məlumat yayıb.

Bildirilir ki, buna səbəb inzibati sənədlərin qaydasında olmamasıdır. Yeni reysin yaxın vaxtlarda təcili olaraq yola düşəcəyi gözlənilir.

Uruqvay millisi dünya çempionatının qrup mərhələsindəki ilk oyununu iyunun 15-dən 16-na keçən gecə Mayamidəki "Hard Rok Stadium"da keçirməlidir. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 02:00-da səslənəcək.

Vəziyyət olduqca kritikdir. Çünki qısa zaman çərçivələrinə və reqlamentə əsasən, Uruqvay yığmasını daşıyan təyyarə yerli vaxtla ən geci saat 19:00-da ABŞ-yə eniş etməlidir.

Xatırladaq ki, Uruqvay və Səudiyyə Ərəbistanı yığmaları H qrupunda yer alıblar. Bu qrupda İspaniya və Kabo-Verde komandaları da mübarizə aparırlar.

Bir gün əvvəl isə Almaniya millisinin futbol üzrə dünya çempionatları tarixində ən çox qol vuran komanda olduğu məlum olub.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest