Almaniya millisinin sabiq yarımmüdafiəçisi Sami Kedira Madridin "Real" klubunda Joze Mourinyonun məşqçilər heyətinə qoşulacaq.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Qeyd olunur ki, bu təyinatın əsas səbəbi portuqaliyalı mütəxəssisin klub, komanda və məşqçilər heyəti arasında əlaqə qurmaq istəyidir. Təcrübəli çalışdırıcı bu vəzifədə yaxşı münasibətdə olduğu bir şəxsin yer almasını istəyib.
Xatırladaq ki, Kedira "Kral klubu"nun heyətində üç mövsüm Mourinyonun rəhbərliyi altında çıxış edib. O, portuqaliyalı mütəxəssislə birlikdə 2011/12 mövsümündə İspaniya çempionatının, həmçinin İspaniya Kubokunun (10/11) və İspaniya Superkubokunun (12/13) qalibi olub.
Mourinyonun məşqçilər heyətinə onun "Benfika"dakı sabiq köməkçiləri Joao Tralyau və Pedru Maşadu, analitik Roberto Merella, fitnes məşqçisi Antonio Diaş və qapıçılar üzrə məşqçi Nunu Santuşun da daxil olacağı gözlənilir.













