Almaniya millisinin qapıçısı Manuel Noyer dünya çempionatlarında qapıçılar arasında ən çox oyuna çıxma rekordunu təkrarlayıb.

Matc.az xəbər verir ki, bu, 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turundakı Kürasao ilə oyunda baş verib.

Bu qarşılaşma Noyerin dünya çempionatlarında keçirdiyi 20-ci oyun olub və o, Fransa millisinin sabiq qapıçısı Uqo Llorisin rekorduna şərik çıxıb.

Qeyd edək ki, turnirin qrup mərhələsi 11-27 iyun tarixləri arasında keçiriləcək. Komandalar dairəvi sistemlə bir-biri ilə üç oyun oynayacaqlar. Hər qrupda ilk iki sıranı tutan kollektivlər və ən yaxşı səkkiz qrup üçüncüsü pley-off mərhələsinə vəsiqə qazanacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest