14 İyun 2026, 17:32
FUTBOL
"Şaxtyor"un türkiyəli baş məşqçisi Arda Turan 2025/26 mövsümü üçün Ukrayna Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.
Matc.az xəbər verir ki, bu barədə Ukrayna Premyer Liqasının elit divizionunun mətbuat xidməti məlumat yayıb.
Ekspert səsverməsində Turan komandası müvafiq olaraq gümüş və bürünc medal qazanan Çerkassının LNZ komandasından Vitali Ponomaryovu və Jitomirin "Polisya" komandasından Ruslan Rotanı geridə qoyub.
Turan ötən yay "Şaxtyor"un sükanı arxasına keçib. Bu mövsüm 39 yaşlı türk mütəxəssis komandasını Ukrayna Premyer Liqasının çempionluğuna və Konfrans Liqasının yarımfinalına yüksəldib.













